Azərbaycanın fəxri

 

Görkəmli rəssam Tahir Salahova Rusiyanın Dövlət Mükafatı təqdim edilmişdir

  

   Xalq rəssamı Tahir Teymur oğlu Salahovun yaradıcılığı müasir rəngkarlıqda ən görkəmli yerlərdən birini tutur. Məşhur ictimai xadim pedaqoq təkcə Azərbaycana deyil, Rusiya bir çox dünya ölkələrinə şöhrət qazandıran böyük bir sənətkar nəsli yetişdirmişdir. Onun yaradıcılığı, demək olar ki, bütün dünyada rəğbətlə qarşılanır.

   Rəssam ən çox portret janrına müraciət edir. Ümummilli lider Heydər Əliyevin, tanınmış ədəbiyyat, mədəniyyət xadimlərindən Mirzə Ələkbər Sabir, Rəsul Rza, Qara Qarayev, Fikrət Əmirov, Dmitri Şostakoviç, Mstislav Rostropoviç başqalarının portretləri sənətkarın bu janrda işlədiyi məşhur əsərlərdir.

   Tahir Salahovun yaradıcılığına yaxından bələd olan xalçaçı sənətkarlar ona rəğbət hörmət əlaməti olaraq, rəssamın yaratdığı əsərləri ilmələrə köçürərək xalça-interpretasiyalarını ərsəyə gətirdilər. Onlar Tahir Salahov yaradıcılığının bədii mahiyyətini, onun fantaziyasının sirlərini açıb göstərərək ötən əsrin ortalarında realizmə cəsarətli çağırışla uyğunlaşan bədii irsə yanaşma tərzini dərk etməyi bacardılar. UNESCO-nun Bəşəriyyətin qeyri-maddi mədəni irs üzrə Reprezentativ Siyahısına salınmış Azərbaycan xalça sənəti artıq Tahir Salahovun ölməz irsini özündə yaşatmaqdadır.

   Zərif keyfiyyətli yun saplarla toxunan, milli ornamentlərlə əhatələnən dinamik, müasir təsvirlərlə zəngin Şərq incəsənəti nümunəsi olaraq Azərbaycan xalçası hər zaman ənənələrlə yaşayan möcüzəvi varlığa çevrilmişdir. SənətkarınHeydər Əliyev”, “Dədə Qorqud”, “Dmitri Şostakoviç”, “Aydan”, “Olqa Rukavişnikova”, “Mstislav Rostropoviç" (xalça rəssamı Mais Hüseynov), “Kadakes”, “Varvara Şlyapada”, “Köhnə Kadakes”, “Bəşəriyyət naminə!”, “Salvador Dalinin yaradıcılıq dünyasıadlı xalça kompozisiyası - triptix (xalça rəssamı Elyar Gəncəli), “Qara Qarayev”, “Mirzə Ələkbər Sabir”, “Rəsul Rza”, “Şərq əfsanəsi - Alagöz”, “Varvara qırmızı şlyapada”, “Varyanın portreti”, “Aydan-Şərq ulduzu”, “Madam RoşelJorj Sand” hotelində” (xalça rəssamı Fazil Abbasquluzadə), “Allahşükür Paşazadə”, “Uçan xalça” - Fikrət Əmirovun “1001 gecəbaleti üçün, “Odlar yurdu” - triptix (Musa İmamverdiyev Elyar Quliyev) əsərləri bu sıradandır.

   Sovet İttifaqının ən yüksək mükafat ordenləri ilə təltif olunan rəssamın sənətinə Azərbaycan dövləti, eləcə bir çox xarici ölkələr tərəfindən böyük qiymət verilmişdir. O, SSRİ Xalq rəssamı, Sosialist Əməyi Qəhrəmanı fəxri adlarına, RusiyanınVətən qarşısında xidmətlərinə görəikinci üçüncü dərəcəli ordenlərinə, Azərbaycanınİstiqlalordeninə, Bolqarıstan, Polşa, Monqolustan başqa ölkələrin orden, medal mükafatlarına layiq görülmüşdür. 2008-ci il noyabrın 27-də Prezident İlham Əliyevin sərəncamı ilə böyük sənətkar Azərbaycan Respublikasının ən ali mükafatı - “Heydər Əliyevordeni ilə təltif olunmuşdur.

   Həmyerlimiz həmçinin Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti, Madriddəki San-Fernando Kral İncəsənət Akademiyasının, Fransa Zərif Sənətlər Akademiyasının müxbir üzvü, UNESCO yanında Plastik Sənətlər Akademiyasının (AİAP) fəxri prezidenti bir çox beynəlxalq təşkilatların üzvü, ABŞ-ın bir neçə şəhərinin Montana ştatının fəxri vətəndaşıdır.

   2013-cü il iyunun 12-də rəssamın saysız-hesabsız orden yüksək mükafatları sırasına Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən təqdim edilən Dövlət mükafatı da daxil oldu. Bu münasibətlə Tahir Salahovu Azərbaycan Xalçası Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi adından təbrik edir, ona cancağlığı, uzun ömür arzulayırıq.

   Tahir Salahovun bu ali mükafata layiq görülməsi hər bir azərbaycanlı üçün böyük qürurdur.

  

   Röya Tağıyeva,

 

   Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq elmləri doktoru, professor

 

Mədəniyyət.- 2013.- 19 iyun.- S. 10.